Baş Prokurorluq tərəfindən media nümayəndələri üçün TRENİNQ TƏŞKİL EDİLİB

 25-10-2022

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən media nümayəndələri üçün treninq keçirilib.

Milletinsesi.info xəbər verir ki, treninqin məqsədi Prokurorluq orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində prokurorluq orqanları ilə media və qeyri-hökumət təşkilatlarının işgüzar əlaqələrinin möhkəmləndirilməsi, məlumat mübadiləsi zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilməsi və istintaq sirri təşkil edən məlumatların ictimailəşdirilməsinin qarşısının alınması olub.

İki gün davam edəcək treninqdə Baş Prokurorluq tərəfindən “Cinayət təqibi, media və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqələrinin müasir tendensiyaları” mövzusunda danışıllb.

Medianın bütün növ qrupları (televiziya, radio, çap mətbuatı, xəbər agentliyi, internet portal) və bəzi qeyri-hökumət təşkilatlarının 30-dan artıq nümayəndəsinin iştirak etdiyi treninq çərçivəsində Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə, Elm-Tədris Mərkəzinin rəis müavini Talıb Cəfərov, Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru Kənan Babazadə media nümayəndələri qarşısında çıxış edib və onları maraqlandıran sualları cavablandırıblar.

TRE

Bənzər yazılar

0.2469379901886