AFFA rəsmisi “Latsio”nun oyununa TƏYİNAT ALIB

 25-10-2022

AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşek UEFA-dan növbəti təyinat alıb.

Milletinsesi.info Milli Assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, İtaliyada “Latsio” və Danimarkanın “Midtüllan” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda hakim-inspektor olacaq.

Qeyd edək ki, qarşılaşma oktyabrın 27-də baş tutacaq.

Bənzər yazılar

0.21865010261536