Qazaxıstanda azarkeşlər futbol hakimlərinə şüşələr ATIBLAR

 24-10-2022

Qazaxıstanın Uralsk şəhərində azarkeşlər “Akjayık” – “Kızıl Jar” futbol matçının hakimlərinə şüşələr atıblar.

Yüksək liqa komandalarının ölkə çempionatı çərçivəsindəki görüşü 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Matçı Bağdat Abdullayev idarə edib. Onun hərəkəti azarkeşləri və görüş iştirakçılarını qəzəbləndirib.

Qarşılaşma başa çatdıqdan sonra meydanda futbolçular arasında əlbəyaxa dava düşüb. Onları polislər ayırıb. Hakimlər tribunaların altındakı otağa gedəndə azarkeşlər referilər briqadasına şüşələr atmağa başlayıblar.

Qeyd edək ki, hazırda “Akjayık” çempionatda sonuncu yerdədir.

Bənzər yazılar

0.22168183326721