Ötən gün saat 12 radələrində Naxçıvan Muxtar Respublikasının Babək rayon Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbində aparılan yenidənqurma işləri ilə əlaqədar binanın bir hissəsinin uçması zamanı həlak olanlar dəfn ediliblər.
Bu barədə “Qafqazinfo” məlumat yayıb.
Bildirilib ki, onlar Nehrəm qəsəbə qəbiristanlığında torpağa tapşırılıblar.
Xatırladaq ki, dünən hadisə nəticəsində 1972-ci il təvəllüdlü Həsən Abbasəli oğlu Əliyev, 1961-ci il təvəllüdlü İbrahim Xəlil oğlu Məhərrəmov, 2000-ci il təvəllüdlü Qadir Nizami oğlu Süleymanov və 1988-ci il təvəllüdlü Asəf İsmayıl oğlu Rüstəmov ölüblər.
1996-cı il təvəllüdlü Alı Əliyev isə xəsarət alıb.
Qeyd edək ki, ölən şəxslər Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Babək rayon idarəsində fəhlə işləyirdilər.
Fotoda: Həsən Əliyev
Fotoda: İbrahim Məhərrəmov
Fotoda: Qadir Süleymanov
Fotoda: Asəf Rüstəmov