Mədəniyyət naziri Anar Kərimov Milli Şəhərsalma Forumunun panel sessiyasında Ermənistanın mədəniyyət abidələrinə qarşı vandallıq törətməsindən danışıb.
Milletinsesi.info-ın məlumatına əsasən, Anar Kərimov deyib ki, Ermənistan 30 illik işğal müddətində
Azərbaycan mədəniyyətinə, mədəni irsinə aid abidələri dağıdıb.
Nazirin sözlərinə görə, Ermənistan Azərbaycana məxsus mədəni abidələrin, toponimlərin adını dəyişdirib və ya belə cəhdlər göstərib:
“Ermənistan işğal müddətində Azərbaycan ərazilərində qanunsuz arxeoloji qazıntılar da aparıb. Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra burada dağıntılar, vandalizm aktları aşkar olunub”.
Anar Kərimov onu da əlavə ki, Azərbaycanın əlində Ermənistanın işğal müddətində törətdiyi dağıntılar barəsində peyk görüntüləri də var.