Rusiyalı müğənni və rəqqas öldürülmüş ola bilər. Moskva İstintaq Komitəsi oktyabrın 3-də dünyasını dəyişən artistin ölüm şəraitini yoxlamağa başlayıb.
Məlumata görə, Boris Mixayloviçin meyitində ilkin olaraq gözə çarpan bədən xəsarəti əlamətləri aşkar edilməyib. Buna baxmayaraq, idarə “qəsdən adam öldürmə” və “ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurma” maddələri ilə istintaqa başlayıb.
Məşhur musiqiçinin ölüm səbəbi ekspertizanın nəticələrindən sonra bəlli olacaq.
Mənbə: “Mash” “Telegram” kanalı