Bakıda Böyük Britaniya vətəndaşının telefonu oğurlanıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, gecə saatlarında Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsində yatan, 1979-cu il təvəllüdlü M.S.Stüarda məxsus telefonu üzərindən götürülərək oğurlanıb.
O, polisə müraciətində bildirib ki, gecə saatlarında Bakının mərkəzindəki kafelərdən birində spirtli içki qəbul edib. “Pub”ı tərk etdikdən sonra küçədə sərxoş halda yuxulayıb və oyananda telefonunun götürüldüyünü görüb.
Qeyd edək ki, telefonu oğurlanan şotlandiyalı Bakıda fəaliyyət göstərən məşhur xarici şirkətlərdən birində menecer kimi fəaliyyət göstərir.