Bakıda xəstəxanada QADIN İNTİHAR EDİB

 30-09-2022

Bakıda intihar hadisəsi olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən 15 saylı Birləşmiş şəhər Xəstəxanasında qeydə alınıb.

Orada xadimə işləyən 49 yaşlı Novruzova Aidə Cəlal qızı xəstəxananın həyətindəki tikilidə özünü asaraq, həyatına son qoyub.

Onun hansı səbəbdən canına qəsd etdiyi bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.14152193069458