Daha bir qrup ukraynalı uşaq Bakıya yola düşüb

 04-08-2025

Azərbaycanın təşkilatçılığı ilə reabilitasiya proqramı çərçivəsində bir qrup ukraynalı uşaq Kişinyovdan Bakıya yola düşüb.

MilletinSesi.info xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev özünün “X” hesabında bildirib.

Onun sözlərinə görə, indiyə qədər 360 uşaq bu proqrama qoşulub.

O, davamlı dəstək və qayğıya görə Azərbaycan rəhbərliyinə və xalqına minnətdarlıq edib:

“Ukraynada 400-ə yaxın uşaq bu proqramdan faydalanıb. Bunu qiymətləndirin və heç vaxt unutmayacaqsınız”.

Bənzər yazılar

0.06636905670166