Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanəsilli şəxs həlak olub.
MillətinSəsi.İnfo unikal-a istinadla xəbər verir ki, Rusiya ordusu sıralarında döyüşlərdə iştirak edən 1986-cı il təvəllüdlü Ruslan Camalov həlak olub.
R.Camalovun nəşi ölkəyə gətirilərək Lənkəran rayonun Daşdatük kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, R.Camalov yaxınları onu 8 ay axtarmışdı. Onların məlumatına görə, R.Camalov Donetskdə gedən döyüşlərdə itkin düşmüşdü.






































