"Cənubi Qafqazda sülh üçün dua edirik".
Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik "Twitter"də yazıb.
"Anım Günündə biz Azərbaycanda və regiondakı dostlarımızla birgə münaqişənin qurbanlarını yad edirik. Onların ailələrinə dərin hüznlə başsağlığı veririk. Biz Cənubi Qafqazda hamının ləyaqətli gələcəyini təmin edəcək sülh üçün dua edirik", - İsrail diplomatı qeyd edib.