Hacı Allahşükür Paşazadə: “İrəvanda məscidlərimizi bərpa edəcəyik”

 05-07-2025

"Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir".

MillətinSəsi.İnfo xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

“2020-ci ilə qədər kilsə rəhbərləri ilə görüşdə onlar özlərini qalib kimi göstərir, bizə istehza ilə baxırdı. Bu məni də incitdiyi kimi, Azərbaycan xalqını da incidirdi. Mən indi qalib xalqın Şeyxülüslamıyam və bununla qürur duyuram. Bu yaxınlarda biz İrəvan qazılığını bərpa etdik.

İnşallah o torpaqlara da gedəcəyik, məbədlərimizi, ziyarətgahlarımızı, məscidlərimizi bərpa edəcəyik, din xadimlərimiz orada fəaliyyət göstərək. Müəyyən zamanlarda bəzi qruplar dini məsələlərdə problem yaratmağa cəhdlər edib".

Onun sözlərinə görə, bu mənada Aşura günündən və anlayışından da istifadə edilib:  

"Burada xarici ölkələrin təsiri və bu təsirə düşən bəzi dindarlar da az olmayıb. Bunun nəticəsində Aşuradan sui-istifadə halları da olub. Ona görə də dünyada analoqu olmayan bir təşəbbüs irəli sürdük, beləliklə, qanvermə aksiyası ənənə halını aldı".

Bənzər yazılar

0.063829898834229