“Bizi doğma Qarabağımıza geri qaytaran şəhidlərimizi qürur hissi ilə yad edirik”.
Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Twitter”də yazıb.
"Sinələrini düşmən qarşısında sipər edənlərin, canını vətən torpağı uğrunda fəda edənlərin - şəhidlərimizin günüdür bu gün. Bizi doğma Qarabağımıza geri qaytaran, hər zaman bayrağımızı vətənin torpağına sancmağı bacaran şəhidlərimizi qürur hissi ilə yad edirik!”, - Prezidentin xüsusi nümayəndəsi qeyd edib.