Almaniyada təyyarələr göydə TOQQUŞUB: Hər iki pilot HƏLAK OLUB

 25-09-2022

Almaniyanın Türingiya federal əyalətində səmada aviaşou təyyarələrin toqquşması nəticəsində iki pilot həlak olub.

Qəza Gera-Leumnits aerodromunun yaxınlığındakı açıq ərazidə baş verib.

Qəzadan sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və yanğınsöndürmə briqadası gəlib.

Ölənlərin adları və hadisənin səbəbləri hazırda açıqlanmır.

Mənbə: lenta.ru

Bənzər yazılar

0.45847487449646