Stoltenberq: Etiraf etməliyik ki, NATO ölkələri Ukraynaya vəd edilən yardımı göstərməyib

 26-04-2024

NATO-nun baş katibi Yens Stoltenberq insanları vicdanlı olmağa və NATO ölkələrinin Ukraynaya vəd edilən tranşları vermədiyini etiraf etməyə çağırıb.

O, bunu Almaniyada “Atlantic Bridge” qeyri-kommersiya təşkilatının tədbirində bildirib.

“Düzünü desək, son aylarda NATO müttəfiqləri Ukraynaya yardım göstərmirlər”, o qeyd edib.

Bundan əvvəl Rusiya səfiri Zelenskini və Qərbi Ukraynanın uçuruma doğru getdiyini etiraf etməyə çağırıb. Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya yaxın vaxtlarda Ukrayna ilə bağlı görüşlərin mövzusunun onun kapitulyasiyası olacağını proqnozlaşdırıb.

Bundan əvvəl Pentaqon xüsusi əməliyyat başlayandan bəri Ukraynaya verilən silahların sayını açıqlamışdı.(Oxu24.com)

Bənzər yazılar

0.18400311470032