Xarici İşlər Nazirliyi tərəfindən diplomatik pasport verilən şəxslərin siyahısı genişləndirilir.
MillətinSəsi.İnfo xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan "Pasportlar haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, Prezident Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavinləri də diplomatik pasport əldə edə biləcəklər.
Həmçinin "Dövlət qulluğu haqqında" Qanuna təklif edilən dəyişikliyə əsasən, dövlət orqanlarında inzibati və yardımçı vəzifələrin təsnifatında dəyişiklik edilir.
Layihəyə əsasən, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi inzibati vəzifələrin birinci təsnifatına daxil ediləcək.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.