Karateçilərimiz dünya çempionatında 5 qızıl medal qazandı

 12-05-2025

Polşanın Pulavı şəhərində keçirilən karatenin fudokan üslubu üzrə 10-cu dünya çempionatı baş çatıb.

MillətinSəsi.İnfo Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, yarışda komandamız 5 qızıl, 3 bürünc, 1 gümüş medal əldə edib:

  1. Vəlizadə Hacıəli – böyüklər arasında +80 kq çəki dərəcəsində qızıl medal;
  2. Seyidov Vüsal – U21 (18–20 yaş) kateqoriyasında 60 kq çəki dərəcəsində qızıl medal
  3. Ələkbərov Tahir – gənc oğlanlar arasında (16–17 yaş, -75 kq) qızıl medal;
  4. Zeynallı Şəfaqət – gənc qızlar arasında (16–17 yaş, -60 kq) qızıl medal;
  5. Səfərli Qorxmaz – yeniyetmələr arasında (14–15 yaş, -60 kq) qızıl medal;
  6. Bayramov Siyavuş – veteranlar arasında +75 kq çəki dərəcəsində bürünc medal;
  7. Heydərzadə Kamran – böyüklər arasında (-80 kq) bürünc medal;
  8. Bağırov Məhəmməd – gənclər arasında +65 kq gümüş medal;
  9. Mustafazadə Yusif – uşaqlar arasında dünya kubokunda (10–11 yaş, -35 kq) bürünc medal.

Bənzər yazılar

0.074761152267456