Yunan-Roma güləşçilərimiz Türkiyədə iki medal qazandı

 08-05-2025
Türkiyənin Antalya şəhərində güləş üzrə gənclər (U20) arasında "Çempionlar” turniri davam edir.
 
MillətinSəsi.İnfo xəbər verir ki, ikinci yarış günündə 60, 72, və 87 kq-da yer alan yunan-Roma güləşçilərimiz mübarizə aparıb.
 
İlk gündə qazanılan nəticə təkrarlanıb. Bu dəfə 60 kq-da güləşən təmsilçilərimiz fəxri kürsüyə qalxıb. Ayxan Cavadov gümüş və Vədat Qasımlı bürünc medalı boynundan asıb.
 
Mayın 8-də 63, 82 və 130 kq-da yer alan güləşçilərimiz xalçaya çıxacaq.

Bənzər yazılar

0.063988924026489