Ramzan Kadırov istefasından danışıb: "Putin necə desə, elə də olacaq"

 07-05-2025

Çeçenistanın başçısı Ramzan Kadırov özünün mümkün istefası barədə danışıb.

Oxu.Az "Kommersant" qəzetinə istinadla xəbər verir ki, o, Rusiya Prezidenti Vladimir Putinlə söhbət zamanı bu məsələni qaldıracağını söyləyib:

"Bu gün prezidentdən soruşacağam. Necə desə, elə də olacaq. Tezliklə seçki olacaq. Biz hər şey etdik, hər şeyi qurduq. Bir şey olarsa, kimdəsə müəyyən problemlər olarsa, qayıdacağıq! Bir daha deyirəm: qərarı mən vermirəm" , - deyə o diqqətə çatdırıb.

Xatırladaq ki, mayın 5-də R.Kadırov yerli xəbər agentliyinə müsahibəsində prezidentdən onu tutduğu vəzifədən azad etməyi xahiş etdiyini bildirmişdi.

Bənzər yazılar

0.082328081130981