"Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaginin Azərbaycan haqqında bəyanatı qəbuledilməzdir və Rusiyanın rəsmi mövqeyini əks etdirmir".
MillətinSəsi.info "report"a istinadla xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.
“Deputatın Azərbaycan haqqında fikirləri qəbuledilməzdir və Azərbaycanla dost münasibətlərə zərər vura bilər. Bu fikirlər Rusiyanın rəsmi mövqeyini əks etdirmir”, - o bildirib.
Bundan başqa, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Qarabağdakı sülhməramlı kontingentin Ukraynaya göndərilməsi məsələsinə münasibət bildirib.
O bildirib ki, bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil: “Sülhməramlılar Qarabağdadır və Ukraynaya göndərilməyib”, - diplomat vurğulayıb.