Vüqar Kərəmovun növbəti döyüşünün vaxtı bəlli oldu

 06-05-2025

Azərbaycanın MMA döyüşçüsü Vüqar Kərəmov "Rizin" turnirində növbəti döyüşünü keçirəcək.

MillətinSəsi.İnfo xəbər verir ki, "Qəbələ" İdman Klubunun üzvü Yaponiya təmsilçisi Syuya Kimura ilə qarşılaşacaq.

Döyüş iyunun 14-də Yaponiyanın Sapporo şəhərində baş tutacaq.

Təmsilçimiz qalib gələcəyi təqdirdə kəmər uğrunda döyüşmək hüququ qazanacaq.

Qeyd edək ki, Kərəmov "Rizin" çərçivəsində keçirdiyi 9 döyüşün 6-da qələbə qazanıb.

İdmançımızın ümumilikdə aktivində 26 qarşılaşmada 20 qalibiyyət var.

Bənzər yazılar

0.06470513343811