Azad olunmuş İrpen: "Cəsədlər küçələrdə qalıb..." - VİDEO

 30-03-2022

Ukraynanın işğaldan azad edilmiş İrpen şəhərindən görüntülər yayılıb.

Yeniavaz.com xəbər verir ki, Operator Yuri Qruzinov və “Ukrayna Şahidləri” qeyri-hökumət təşkilatı tərəfindən lentə alınan video “CNN tərəfindən” yayımlanıb.

“Bu, son həftələrdə İrpenin şərqindən çəkilən ilk videolardan biridir, çünki şiddətli döyüşlər təhlükəsiz girişi qeyri-mümkün edib. Bazar ertəsi şəhərin meri Ukrayna əsgərlərinin ərazini Rusiya qüvvələrinin əlindən geri aldığını bildirib. Çərşənbə axşamı çəkilmiş videoda meşəlik ərazi göstərilir. Bu, apokaliptik çöl əraziyə bənzəyir. Dağıntılar və dağılmış binalar, mülki şəxslərin cəsədləri küçələrdə tapıla bilən yeganə şeydir”, - “CNN” yazıb.

Sözügedən kadrları təqdim edirik:

Qeyd edək ki, şəhər meri Aleksandr Markuşin martın 28-də İrpenin azad edilməsindən danışıb. Mer əlavə edib ki, şəhərin təmizlənməsi davam edir.

Bənzər yazılar

0.33711814880371