23 yaşlı arvadını əlləri bağlı vəziyyətdə 8-ci mərtəbədən ataraq ölümünə səbəb olan 23 yaşlı Hüseynin cinayət işinin təfərrüatı məlum olub. Hüseyn dəhşətli qətli törətməzdən əvvəl arvadının saçlarını kəsib, onu döyərək telefonla çəkib.
MillətinSəsi.İnfo Musavat.com-a istinadla xəbər verir ki, Hüseyn Kazımov arvadı Ayşən Kazımovanı köməksiz vəziyyətdə qətlə yetirib.
Hüseyn aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi xüsusi amansızlıqla qəsdən öldürməkdə təqsirli bilinərək 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hüseyn ifadəsində qətli xəyanətə görə törətdiyini deyib. Onun sözlərinə görə, Ayşənlə bir neçə ay imiş ki, ər-arvad kimi bir evdə yaşayırmışlar. Hüseyn deyib ki, Ayşənin 4 aylıq hamilə olduğunu biliblər. Ayşən universitetdə oxuduğu üçün uşağı abort etdirmək istəyib. Hüseyn də bununla razılaşıb.
Qeyri-rəsmi şəkildə Ayşənin uşağını abort etdiriblər. Abortdan bir neçə ay sonra Hüseyn həkimə müraciət edən zaman səhhətində problem olduğunu, müalicə olunmayacağı təqdirdə uşağının olmayacağını öyrənib. Bundan sonra Ayşənin necə hamilə qalması ilə bağlı onda suallar yaranıb. Buna görə Ayşəni döyüb və ondan xəyanət edib-etməməsini soruşub. Ayşən ona xəyanət etmədiyini deyib.