Aprelin 25-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İtaliyanın paytaxtına səfər edəcək.
MillətinSəsi.İnfo xəbər verir ki, nümayəndə heyəti Papa Fransiskin dəfn mərasimində iştirak etmək üçün Romada olacaq.
Milli Məclisin sədri aprelin 26-da Santa Maria Maggiore bazilikasında keçiriləcək dəfn mərasimində ölkəmizi təmsil edəcək, Roma Papasının son mənzilə yola salınması tədbirlərinə qatılacaq.