Xoakin Kaparros yenidən "Sevilya"da

 14-04-2025

İspaniyanın "Sevilya" klubunun yeni baş məşqçisi müəyyənləşib.

MillətinSəsi.İnfo xəbər verir ki, bunu La Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Bu vəzifəyə Xoakin Kaparros təyin olunub. 69 yaşlı ispaniyalı mövsümün sonuna qədər komandanı çalışdıracaq.

Kaparros 4-cü dəfə "Sevilya"nın "sükanı arxası"na keçib. O, 2000-05-ci illərdə, həmçinin 2017/18 və 2018/19 mövsümlərində də bu postu tutub.

Qeyd edə ki, 31 oyunda 36 xal toplayan "Sevilya" turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.

Bənzər yazılar

0.067924022674561