Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo klubu ilə əmək müqaviləsini uzada bilər.
MillətinSəsi.info xəbər verir ki, bu barədə jurnalist Canluici Longari sosial şəbəkələrdə yazıb.
Mənbənin məlumatına görə, klub rəhbərliyi 40 yaşlı portuqaliyalıya 2027-ci ilin yayına qədər müqavilə imzalamağı təklif edib.
Qeyd edək ki, Ronaldonun komanda ilə hazırkı müqaviləsi 2024/25 mövsümünün sonuna kimidir. KİV daha əvvəl tərəflərin əmək müqaviləsinin uzadılması ilə bağlı razılığa gəldiyini yazıb. Yeni müqavilənin şərtlərinə görə, portuqaliyalı klubun 5%-lik səhminin sahibi olacaq.