Ərdoğan ABŞ-yə səfər edəcək

 06-04-2025

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk məhsullarına tətbiq edilən rüsumları müzakirə etmək üçün may ayında ABŞ-yə səfər etməyi planlaşdırır.

Oxu.Az "Milliyet" qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömer Bolat məlumat verib.

Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp yeni idxal rüsumları sistemini tətbiq edib. Baza dərəcəsi bütün idxal olunan mallar üzrə 10%, ayrı-ayrı ölkələr üçün isə əhəmiyyətli dərəcədə yüksək olacaq: Çin üçün 34%, Vyetnam üçün 46% və Avropa İttifaqı üçün 20%. Rusiyaya qarşı heç bir rüsum tətbiq edilməyib.

Bənzər yazılar

0.067759990692139