Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusunun minaya düşərək həlak olduğu bildirilir.
MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə “Report” məlumat yayıb.
Bildirilib ki, Cəbrayıl rayonunda minaya düşərək həlak olan Əsgər Nicat oğlu Musayevin nəşi dəfn olunması üçün Lənkəran rayonuna gətirilib.
Qeyd olunub ki, o, Göyşaban kənd qəbiristanlığında torpağa tapşırılacaq.