Sosial şəbəkələrdə “şəhid bacısı” adı altında feyk profillər vasitəsilə vətəndaşlardan onlayn pul toplayan şəxs müəyyən olunub.
Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə 2000-ci il təvəllüdlü Elşad Quliyev saxlanılaraq məsuliyyətə cəlb edilib. O törətdiyi əməli etiraf edib.
Araşdırmalar davam etdirilir.