Məhəmməd Yunis Əl-Mənfi İlham Əliyevə təbrik məktubu göndərib

 26-03-2025

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

MillətinSəsi.İnfo President.az-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Uca Allahdan Sizə möhkəm cansağlığı, İslam ümmətinə xeyir-bərəkət və firavanlıq nəsib etməsini arzulayıram.

Bayramınız mübarək!".

Bənzər yazılar

0.067107915878296