Şamaxı rayonunun 7 kəndini birləşdirən Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunda sürət həddini göstərən yol nişanlarının olmaması səbəbindən bu ərazidə tez-tez yol qəzaları baş verir. Əksər qəzalar da ölümlə nəticələnir.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, sakinlərin sözlərinə görə, problemlə bağlı aidiyyəti üzrə müraciət etsələr də, faydası olmayıb.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, qurumun əməkdaşları tərəfindən əraziyə baxış keçiriləcək və təhlillər aparılacaq. Təhlillərə uyğun olaraq nişanlar quraşdırılacaq.
Ətraflı süjetdə:
Nişanlar olmayan yol: Tez-tez qəzalar baş verir
