Azərbaycan Suriyada kimsəsiz uşaqlar üçün iftar süfrəsi təşkil edib

 28-03-2025

Suriyanın Dəməşq şəhərində və şəhərin Spena qəsəbəsində Azərbaycan tərəfindən kimsəsiz uşaqlar üçün iftar süfrəsi təşkil edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə  Azərbaycanın Suriyadakı Səfirliyi məlumat yayıb.

Bildirilib ki, iftar süfrəsi Azərbaycanın Suriya Ərəb Respublikasındakı Səfirliyinin təşəbbüsü, Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi və Suriyanın “Qadın Xeyriyyə Cəmiyyəti”nin təşkilatçılığı ilə həyata keçirilib.

“Üç gün ərzində keçirilən iftar süfrələrində kimsəsiz uşaqlar üçün müxtəlif əyləncə proqramları təşkil edilib, onlara unudulmaz anlar və əsl bayram ovqatı yaşadılıb”, - məlumatda deyilir.





Bənzər yazılar

0.076321125030518