Mağazadan geyim aldı, ödənişi etməyib satıcını hədələdi

 29-03-2025

Mağazadan aldığı geyimin ödənişini etməyib satıcını hədələyən gənc saxlanılıb.

MillətinSəsi.info  Xəzər TV-yə istinadən məlumat verir ki, Abşeron rayonu ərazisində yerləşən mağazaların birində naməlum şəxsin oradan götürdüyü geyimlərə görə ödəniş etməməsi və satıcını kəsici-deşici alətlə hədələməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları quldurluq əməlini törətməkdə şübhəli bilinən 18 yaşlı Seymur Həmidovu saxlayıblar.

Faktla bağlı araşdırma aparılır.

Ətraflı süjetdə:  

Bənzər yazılar

0.062664031982422