"Liverpul"un qapıçısı Alisson Bekker Braziliya millisinin düşərgəsindən ayrılıb.
Oxu.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının saytı məlumat yayıb.
Qolkiper DÇ-2026-nın seçmə mərhələsinin Kolumbiya ilə oyununda rəqibin müdafiəçisi Davinson Sançeslə toqquşduqdan sonra başından zədə alıb.
Onun özünü yaxşı hiss etdiyi, lakin beyin sarsıntısı keçirdiyi üçün martın 25-də Argentina millisi ilə görüşdə oynaya bilməyəcəyi qeyd olunub.
Alissonun "Liverpul"un düşərgəsinə qayıdacağı bildirilib.