DÇ-2026: İngiltərə və Polşa seçmə mərhələyə qələbə ilə başladı, Rumıniya doğma meydanda uduzdu

 22-03-2025

2026-cı ildə keçiriləcək futbol üzrə Dünya çempionatının seçmə mərhələsində altı oyun baş tutub.

Oxu.Az xəbər verir ki, günün mərkəzi qarşılaşması Londonda keçirilib.

Alman baş məşqçi Tomas Tüxelin rəhbərliyi altındakı ilk matçında İngiltərə millisi öz meydanında Albaniya seçməsini qəbul edib. Uemblidə oynanılan qarşılaşmada ev sahibləri inamlı qələbə qazanıblar - 2:0.

Malta evdə Finlandiyaya, Andora Latviyaya minimal hesabla uduzub - 0:1.

Polşa isə eyni hesabla doğma azarkeşləri önündə Litvadan üstün olub - 1:0

Kipr öz meydanında San-Marinoya şans verməyib - 2:0.

Rumıniya - Bosniya və Herseqovina görüşündə Türkiyənin "Fənərbağça" klubunun aparıcı futbolçularından olan bosniyalı Edin Dzekonun burnu sınıb. Lakin onun zədəsini komandasının səfər qələbəsi kompensasiya edib - 0:1.

Qeyd edək ki, martda keçiriləcək görüşlərə ayın 25-də altı oyunla yekun vurulacaq.

Bənzər yazılar

0.061360120773315