Dərbənddə kafedə dəm qazından kütləvi zəhərlənmə OLUB

 20-09-2022

Rusiya Federasiyasının Dərbənd şəhərində dəm qazından kütləvi zəhərlənmə hadisəsi yaşanıb.

Şəhərdə yerləşən kafedə dəm qazından zəhərlənənlərin sayı 16 nəfərə çatıb, onlardan dördü yeniyetmədir.

Məlumatı Dərbəndin meri Rüstəmbəy Pirməhəmmədov da təsdiq edib.

O qeyd edib ki, zərərçəkmişlərin hamısı xəstəxanaya yerləşdirilib, onların həyatına heç bir təhlükə yoxdur. Hadisənin səbəbləri araşdırılır.

Mənbə: TASS

Bənzər yazılar

1.3734440803528