Gəncədə yeddi yaşlı uşaq xəstəxanada ölüb

 20-03-2025

Gəncədə uşaq xəstəxanada vəfat edib.

Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Uşaq Xəstəxanasında baş verib.

Belə ki, şəhər sakini, 2018-ci il təvəllüdlü Ə.Abbasov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Həkimlərin müdaxiləsinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, yeddiyaşlı Ə.Abbasov serebral iflicdən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.063428163528442