Ötən il neçə uşaq zorakılığa MƏRUZ QALIB?

 21-05-2025

2024-cü ildə Uşaq Qaynar Xətt Xidmətinə 816 zorakılıq halı ilə bağlı müraciət daxil olub. Onlardan 237-si (29%) psixoloji, 343-ü (42%) fiziki, 19-u (3%) cinsi, 217-si (26%) etinasızlıqla əlaqəlidir.

MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə məlumat Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatında öz əksini tapıb.

Bildirilib ki, ötən il, ümumilikdə Uşaq Qaynar Xətt xidmətinə 3635 zəng daxil olub. Mürcaiətlərin 618-i psixoloji, 290-ı təhsil, 364-ü sosial, 1090-ı hüquqi, 73-ü səhiyyə və 1200 digər zənglər daxil edilib.

İl ərzində daxil olan zənglərin 1236-sı (34%) kişi, 1999-u (55%) qadın, 400-ü (11%) isə naməlum şəxslər (anonim) şəxslər tərəfindən edilib.

Müraciət edənlərin 2799 nəfəri böyük, 436 nəfəri kiçik və 400 nəfəri isə naməlum olduğu üçün yaş həddi müəyyən edilməyib.

18 yaşına qədər olan mürcaiətlərin yaş kateqoriyasına görə təsnifatın təhlili göstərir ki, 10 yaşa qədər 39 nəfər, 11-14 yaş 201 nəfər, 15-18 yaş arası isə 196 nəfər olub.

Bənzər yazılar

0.069633007049561