ABŞ husilərə şərt qoydu

 18-03-2025

"Husilər öz hücumlarını həyata keçirməkdən imtina edərlərsə, ABŞ onlara qarşı əməliyyatı dayandırmağa hazırdır".

Milletinsesi.info TASS-a istinadla xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell deyib.

Onun sözlərinə görə, husilər bütün bunların nə vaxt qurtaracağını müəyyənləşdirə bilərlər: "Lakin həmin vaxta qədər ABŞ-nin əməliyyatı güzəştsiz şəkildə davam edəcək".

Bu arada ABŞ ordusunun Yəməndə husilərin nəzarəti altında olan Hudeydə vilayətinə hava hücumu nəticəsində metallurgiya zavodu dağıdılıb.

Bənzər yazılar

0.088721990585327