Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnirə yekun vurulub. Azərbaycan millisi yarışı 1 qızıl və 2 gümüş medalla başa vurub.
Milletinsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Bildirilib ki, boksçularımızdan Məhəmmədəli Qasımzadə (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda Kruzito Kovaçsı (Macarıstan) 4:1 (30:27, 28:29, 29:26, 29:28, 29:28) hesabı ilə məğlub edib.
Tural Sarıyevlə (50 kq) Əli Abdullayev (65 kq) isə gümüş medala sahib olublar.