Türkiyənin "Eyüpspor" klubunun baş məşqçisi Arda Turan Ukraynanın "Şaxtyor Donetsk"i ilə razılaşıb.
MillətinSəsi.İnfo "SporX"ə istinadən xəbər verir ki, tərəflər daha öncə yayılan xəbərləri təkzib etsələr də, artıq Ardan Turanın Ukrayna klubunda alacağı illik maaş da bəlli olub.
Belə ki, təcrübəli çalışdırıcı ilə ikiillik müqavilə imzalanacaq. Arda Turana baş məşqçi vəzifəsi üçün illik iki milyon avro maaş ödənəcək.
Qeyd edək ki, Arda Turanın bu mövsüm 35 oyunda meydana buraxdığı komanda 14 qələbə, 8 heç-heçə, 13 məğlubiyyətlə üzləşib.