Paşinyan Aİ-nin baş katibi ilə Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə edib

 11-03-2025

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurasının baş katibi Alen Berse ilə telefon danışığı zamanı Bakı və İrəvan arasında sülh prosesini müzakirə edib.

Milletinsesi.info Ermənistan KİV-ə istinadən xəbər verir ki, tərəflər İrəvan və Avropa Şurası arasında tərəfdaşlıq, eləcə də bu təşkilatın dəstəyi ilə Ermənistanda aparılan islahatlarla bağlı məsələləri müzakirə ediblər.

"Həmçinin Ermənistan və Azərbaycan arasında sülhün qurulması və regional sabitliklə bağlı məsələlərə toxunulub", - deyə məlumatda bildirilib.

Bənzər yazılar

0.064877986907959