“Azərkosmos”un rəhbəri nazir müavini təyin edildi

 04-03-2025

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin edilib.

MillətinSəsi.İnfo APA-ya istinadən xəbər verir ki, bu vəzifəyə “Azərkosmos” ASC-nin İdarə Heyətinin sədri Saməddin Əsədov təyinat alıb.

Qeyd edək ki, 40 yaşlı S.Əsədov 2021-ci ildən “Azərkosmos”un sədridir.

Yeni nazir müavini S. Əsədov əvvəllər də bu nazirlikdə müxtəlif vəzifələrdə çalışıb.

O, 2007-2011-ci illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində maliyyə və iqtisadi təhlil üzrə əməkdaş olub. 2021-2025-ci illərdə “Azərkosmos” ASC-nin İdarə Heyətinin sədri, 2014-2021-ci illərdə “Azərkosmos”da Maliyyə departamentinin direktoru kimi fəaliyyət göstərib.

Saməddin Əsədov Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit üzrə bakalavr və magistr təhsili alıb, ADA Universiteti və Dyuk Universitetinin (ABŞ) Fuqua Biznes Məktəbinin Adaptiv Strateji İdarəetmə Proqramını, həmçinin Maastrixt Menecment Məktəbi ilə birgə strateji idarəetmə kursunu bitirib. 2024-cü ildə Beynəlxalq Astronavtika Federasiyasının (IAF) elm və akademik əlaqələr üzrə vitse-prezidenti seçilib.

Bənzər yazılar

0.062659978866577