Türkiyə limanında YÜK GƏMİSİ BATIB – VİDEO

 18-09-2022

Türkiyə sahillərində yük gəmisi batıb.

Hadisə Hatay vilayətinin İskəndərun limanında baş verib.

Məlumata görə, dünən gecə saatlarında limana daxil olan “Sea Eagle” adlı gəmi yükünü boşaldarkən batmağa başlayıb.

Onun heyəti göyərtəyə suyun dolmasını görcək, gəmini tərk edib.

3120 ton tutumlu və Toqo bayrağı altında üzən “Sea Eagle”ın batması səbəbi araşdırılır.

Hazırda gəmidə olan konteynerlərin xilas edilməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, əvvəllər bu gəmi Ukrayna limanından taxıl daşıyırdı.

Mənbə: DHA

Bənzər yazılar

0.77412295341492