"Ölkəmizin informasiya məkanına kiber-hücumlar olub".
Milletinsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, belə təhlükələrin təsirini neytrallaşdırmaq məqsədi ilə müttəfiq olduğumuz ölkələrlə bu kimi hücumlara qarşı əməkdaşlıq etməliyik:
"Dövlət qurumlarının saytlarına da edilən hücumlar onu göstərir ki, bunun arxasında böyük güclər dayanır. Hücumlar sistemli təşkil olunmuş cinayətdir".
Mərahim Nəsib