Füzulidə avtomobil traktorla toqquşub, iki yaşlı uşaq ölüb

 19-02-2025

Füzulidə traktor minik avtomobili ilə toqquşub.

Milletinsesi.info "Report"a istinadla xəbər verir ki, hadisə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli rayonu, Alıxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

1997-ci il təvəllüdlü Xəyyam İlham oğlu Məmmədov idarə etdiyi "Mercedes-Benz" markalı avtomobili 1997-ci il təvəllüdlü Əmrah İbrahim oğlu Məhərrəmovun sükanı arxasında olduğu "Belarus 892" traktoru ilə toqquşub.

Nəticədə Xəyyam Məmmədovun avtomobilində olan oğlu 2023-cü il təvəllüdlü Rəşad Məmmədov aldığı xəsarətlərdən Füzuli Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı cinayət işi başlanılıb və istintaq aparılır.

Bənzər yazılar

0.059720039367676