Neftçalada qadın öldürüldü: Əri şübhəli qismində saxlanıldı

 16-02-2025

Neftçala rayonunda qətl hadisəsi baş verib.

Milletinsesi.info "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qaraymanlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 1973-cü il təvəllüdlü Şəhla Telman qızı Tağıyeva ailə münaqişəsi zəminində əri tərəfindən çoxsaylı bıçaq zərbəsi alıb.

Yaralı qadın Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.070206880569458