"Neftçi"nin yeni transferi üçün Kipr klubuna ödəyəcəyi məbləğ MƏLUM OLDU

 14-02-2025

"Neftçi" yeni transferi Bassala Sambunun keçidi üçün "Enosis Neon Paralimni"yə (Kipr) təzminat ödəyəcək.

Milletinsesi.info xəbər verir ki, futbolçu üçün ödənəcək təzminatın məbləği müəyyənləşib.

Kipr mediasında yayılan xəbərlərə görə, Azərbaycan təmsilçisi "Enosis Neon Paralimni" klubuna 100 min avro ödəniş edəcək.

Qeyd edək ki, 27 yaşlı hücumçu "Neftçi" ilə 1.5 illik müqavilə imzalayıb.

Bənzər yazılar

0.061408996582031