Yaponiya hökuməti xarici miqrantın ölümünə görə TƏZMİNAT ÖDƏYƏCƏK

 17-09-2022

Sentyabrın 16-da Mito Rayon Məhkəməsi (Yaponiya) immiqrasiya mərkəzində ölən kamerunlunun ailəsinə ölkə hükuməti tərəfindən 1,65 milyon yen (11,5 min dollar) məbləğində təzminat ödənilməsinə dair qərar çıxarıb.

Ölüm hadisəsi 2014-cü ildə İbaraki prefekturasındakı Hiqaşi-Nihon İmmiqrasiya Mərkəzində baş verib. 43 yaşlı kişi noyabrdan mart ayına qədər mərkəzdə olub. Belə ki, immiqrasiya orqanları Narita hava limanına (Tokio) çatan zaman ona ölkəyə daxil olmağa icazə verməyib.

İddia mərhumun anası tərəfindən qaldırılıb və o, rəsmi şikayətlərə baxmayaraq miqrantın xəstəxanaya göndərilmədiyi üçün hökumətdən 10 milyon yen tələb edib.

Bildirilir ki, Kamerun vətəndaşının səhhətində problemlər olub. O, şəkərli diabetdən əziyyət çəkib.

Mənbə: rossaprimavera.ru

Bənzər yazılar

0.27112007141113