İordaniyada dağıntılar altından xilas edilən körpənin GÖRÜNTÜLƏRİ - VİDEO

 17-09-2022

İordaniyanın paytaxtı Əmmanda dördmərtəbəli yaşayış binasının çökməsindən sonra aparılan xilasetmə işləri zamanı dağıntılar altından xilas edilən körpənin görüntüləri paylaşılıb.

Qeyd olunur ki, körpənin axtarışı 24 saat dayanmadan davam etdirilib.

Mələk adlı körpənin dörd aylıq olduğu bildirilir.

Ümumilikdə isə hadisə nəticəsində 10 nəfər həyatını itirib.

Mənbə: İHA

Bənzər yazılar

0.26669096946716